TuranLizinq ASC 2006-cı ildə Azərbaycanda mövcud olan hüquqi və sahibkar
fiziki şəxslər tərəfindən təsis edilmiş, Azərbaycan Respublikasında
qeydiyyatdan keçərək yaradılmışdır. Şirkətin əsas məqsədi sahibkarlığın
maliyyələşdirilməsi, kiçik və orta biznesin inkişafı üçün lizinq xidmətlərinin göstərilməsidir.
Bazarda 10 ildən artıq fəaliyyət göstərən şirkətimiz çox sayda müştərilərin
etimadını qazanmış, yüzlərlə sahibkarın biznesinə dəstək göstərməklə
sahibkarların faydalanmasına, biznesini inkişaf etdirməsinə təkan vermişdir.
“TuranLizinq” əsasən kənd təsərrüfatı istiqamətli
avadanlıq və heyvanların - o cümlədən traktorlar, kombaynlar, əkin texnikası,
soyuducu anbarlar, kənd təsərrüfatı məhsullarının emalı avadanlıqları və digər
kənd təsərrüfatı təyinatlı avadanlıqların, iri və xırda buynuzlu damazlıq
heyvanların lizinq şərtləri ilə əldə edilməsini təklif edir. Xüsusilə qeyd
etmək istərdik ki, təklif olunan avadanlıq və heyvanların əksər hissəsi dövlət
tərfəindən subsidiyalaşdırılır, başqa sözlə desək, avadanlığın dəyərinin böyük
bir hissəsi dövlət tərəfindən ödənilir, yerdə qalan hissə isə müxtəlif dövlərə
bölünərək lizinq ödənişləri şəklində müştəri tərəfindən icra edilir.
Onu da qeyd edək ki “TuranLizinq”
şirkəti “Dövlət Aqrar Kredit və İnkişaf Agentliyi”nin Müvəkkil Kredit Təşkilatı
seçilmişdir, bu isə öz şirkətin öz müştərilərinə daha sərfəli şərtlərlə
güzəştli kənd təsərrüfatı təyinatlı lizinq əldə etməsinə imkan verir.
Şirkət müxtəlif satıcılarla əməkdaşlıq edir, əməkdaşlıq etdiyimiz satıclardan müxtəlif ölkələrdə istehsal olunmuş avadanlıqların həm alışını həm də texniki dəstəyini əldə etməyiniz mümkündür.TuranLizinq şirkətinin əsas məqsədi bazarda üstün və keyfiyyətlə xidmətlər təklif etməklə həm lizinq alanlar, həm də avadanlıq satılırın məmnunluğunu təmin etmək, hər iki tərəfin biznesinin inkişafına töfhə verməkdir.
Rəngi dəyiş